Azərbaycanda nəhəng bərələr tikilə bilər
31 yanvar 2016 16:10 (UTC +04:00)

Azərbaycanda nəhəng bərələr tikilə bilər

0

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı ilə bağlı texniki imkanları nəzərdən keçirir. Lent.az xəbər verir ki, bu barədə Trend-ə QSC-dən bildirilib.

 

Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə yüklərin daşınmasının potensial dinamikasını nəzərə alaraq, 54 vaqon tutumlu yeni bərələrin və 53 yük maşını tutumlu "Ro-Pax" növlü gəmilərin tikintisi məsələsi nəzərdən keçirilir: "Bundan başqa, Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı da nəzərdə tutulur, lakin bu, uzaq gələcək üçün düşünülür".

 

Qeyd edək ki, hazırda QSC-nin balansında müxtəlif tutumlu 14 bərə var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar