Azərbaycanda nə qədər mal-qara var? - STATİSTİKA
18 oktyabr 2013 16:31 (UTC +04:00)

Azərbaycanda nə qədər mal-qara var? - STATİSTİKA

983.8 min ton kartof, 1137.8 min ton tərəvəz, 530.1 min ton meyvə və giləmeyvə, 427.4 min ton bostan məhsulları, 104.3 min ton üzüm, 6.8 min ton pambıq, 474.5 ton yaşıl çay yarpağı, 2667.0 ton tütün, 34.6 min ton şəkər çuğunduru, 17.7 min ton dən üçün günəbaxan toplanıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4.9 faiz, kartof istehsalı 3.8 faiz, tərəvəz istehsalı 0.1 faiz, meyvə və giləmeyvə istehsalı 2.6 faiz, bostan məhsulları istehsalı 0.7 faiz, üzüm istehsalı 5.0 faiz artıb. 
İri buynuzlu mal-qaranın baş sayı 2728.7 min başa, qoyun və keçilərin baş sayı isə 8770.9 min başa çatıb. Bu dövrdə 358.1 min ton diri çəkidə ət, 1385.5 min ton süd, 1043.4 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal olub. 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3.8 faiz, süd istehsalı 6.6 faiz, yumurta istehsalı 15.1 faiz, yun istehsalı 2.8 faiz artıb. 
Bitkiçilik məhsulları istehsalı ötən ilki səviyyədən 4.3 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4.9 faiz yüksək olub. 
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 541.9 min hektar sahənin torpağını şumlamış, 39.2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227

Oxşar yazılar