Vergilər Nazirliyinə yeni bina tikilir. Nazirlikdən Lent.az-a bildirilib ki, VN-in Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikintisi üzrə görüləcək işlərin yerinə yetirilməsinin satın alınması üçün açıq tender elan edilib.
Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Məlumata görə, tender təklifi zərfləri aprelin 30-da yuxarıda qeyd olunan ünvanda açılacaq. Daha ətraflı məlumat nazirliyin saytında yerləşdirilib.