Azərbaycanda mobil operatorlar 25 min manata qədər cərimələnəcək
21 dekabr 2012 14:56 (UTC +04:00)

Azərbaycanda mobil operatorlar 25 min manata qədər cərimələnəcək

Mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərən operatorlar yanacaq…



Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Lent.az-ın verdiyi məlumata görə, dəyişikliklər İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsini əhatə edir. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi min manat miqdarında cərimə edilir.
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

 


Qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minəcək.

 

# 1959
avatar

Oxşar yazılar