Azərbaycanda lotereya oyununda 190 min dollar uduldu
25 yanvar 2013 16:34 (UTC +04:00)

Azərbaycanda lotereya oyununda 190 min dollar uduldu

Azərbaycanın vahid lotereya operatoru olan «Azərlotereya» ASC ölkədə keçirilən lotereya oyunları tarixində rekord məbləğin udulduğunu elan edib.


 

«APA-Economics»in məlumatına görə, «Azərlotereya» tərəfindən 2013-cü il 24 yanvar tarixində canlı teleyayımda keçirilən «6/40» lotereyasının 200-cü tirajında 108790 nömrəli bilet 149 745 manat (təxminən 191 min ABŞ dolları) məbləğində «CekPot»a sahib olub.

 

«Azərlotereya»dan bildirilib ki, ASC tərəfindən keçirilən lotereya oyunlarında iri uduşların məbləği artmaqda davam edir və hazırda «Klassik Loto» lotereyasında «Meqa Pot» 151 000 manat, «5/36» lotereyasında «Cek Pot» 120 575 manat, «Binqo» lotereyasında «Super Binqo» uduşu 151 000 manat və «Qızıl Onluq» lotereyasında isə «Cek Pot» 131 450 manat təşkil edir

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Oxşar yazılar