Azərbaycanda iri qabaritli avtomobillərdən istifadə qaydaları sərtləşdiriləcək
26 yanvar 2013 12:43 (UTC +04:00)

Azərbaycanda iri qabaritli avtomobillərdən istifadə qaydaları sərtləşdiriləcək

Azərbaycanda istifadə olunan avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri təkmilləşdiriləcək.

 

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlikdə Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb.

 

Belə avtomobillərin istifadəsi ilə bağlı ödənişlərin məbləği də dəyişəcək. Belə ki, nazirlik  Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin müəyyən edilməsi ilə bağlı da təkliflər hazırlayıb. Qeyd edək ki, 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına dair maddə əlavə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar