Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. Palatadan Lent.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Beyləqan Rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, iclasda müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
ATU-da yoxlama aparılacaq
150