Azərbaycanda daha çox hansı məhsullar satılıb? - <span style="color:red;">STATİSTİKA
11 mart 2015 11:50 (UTC +04:00)

Azərbaycanda daha çox hansı məhsullar satılıb? - STATİSTİKA

Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 milyard manatlıq əmtəə satılıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz bəndi artıb. 


Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1688,7 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 95,9 faizini qeyri-ərzaq malları təşkil edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179

Oxşar yazılar