Azərbaycanda avro 8 aylıq minimumu yeniləyib
01 dekabr 2015 10:16 (UTC +04:00)

Azərbaycanda avro 8 aylıq minimumu yeniləyib

Bu gün noyabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 1,0513 manat olub.

 

Beləliklə, dekabrın ilk günündə dolların məzənnəsi noyabr ayı üzrə maksimumu yeniləyib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0013 manat və ya 0,12% azalaraq 1,1117 manata enib. Qeyd edək ki, bu, cari ilin aprelin 14-dən etibarən avronun məzənnəsi üçün ən aşağı göstəricidir. Aprelin 14-də avronun manata qarşı rəsmi məzənnəsi 1,1106 manat olub. Beləliklə, avro 8 aylıq minimumu yeniləyib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 0,0159 manat səviyyəsində qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar