Azərbaycanda 800 metrlik relslər qaynaq edən müəssisənin gücü artırıldı
30 yanvar 2013 17:43 (UTC +04:00)

Azərbaycanda 800 metrlik relslər qaynaq edən müəssisənin gücü artırıldı

Salyan Rels-Qaynaqlama Qatarında Bakı-Tbilisi-Qars dəmir yolu üçün də uzunölçülü relslər hazırlanır

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində işlər davam etdirilir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə,  Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun yarıdan çoxu artıq əsaslı təmir olunub və onların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi prosesi gedir.

 

Bu gün “Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xətt istismara verilməsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Cəmiyyət sədrinin müavinləri və müvafiq qurumların rəhbərləri iştirak ediblər. 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının rəisi Xeyrulla Əliyev bildirib ki, müəssisənin fəaliyyət tarixinə də qısa ekskurs edərək bildirdi ki, müəssisə 1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Zamanında Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. İndi müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu missiyanı həyata keçirir. 24 saylı Salyan Rels Qaynaqlama Qatarının fəaliyyət tarixində ən yeni mərhələ son illərdə başlayıb. Müəssisə özünün yeni inkişaf dövrünü yaşayır. Səyyar qaynaq işlərini həyata keçirmək üçün Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilib. Yeni texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir. 2012-ci ilin əvvəlindən 24 saylı Salyan Rels Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılmışdır. Artıq işlər yekunlaşıb və yeni xətt istismara hazırdır. Yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar Rusiya Federasiyasının “Pskovelektrosvarka” zavodundan alınıb gətirilib. Yeni xəttin tikilib quraşdırılması məqsədilə ilk gündən zavodun baş mühəndisi Yuri Qromov, zavodun beynəlxalq tikinti şöbəsinin müdiri Sergey Korolyov və baş konstruktor Valeri İsayenko burada olublar. Əvvəllər üçnövbəli iş günü ərzində 600 metr rels qaynaq edilirdisə, indi 1200 metr rels qaynaq olunur. Dəmir yolunda əsaslı təmir işlərinin intensivliyinin artdığı bir vaxtda bu, xüsusilə önəmlidir.

 

Relslər müəssisədə 800 metr uzunluğunda qaynaq edilir, xüsusi təyinatlı qatara yüklənərək lazım olan sahəyə daşınır. Həm Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunmuş sahələrin, həm də  Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan hissəsinin tikintisini, podratçı təşkilat olaraq, “Dəmiryolsçervis” MMC-nin kollektivi həyata keçirdiyindən hər iki sahənin uzunölçülü relslərlə təminatı bu kollektivin üzərinə düşür. 800 metrlik uzunölçülü relslərin hazırlanması mərhələlərlə həyata keçirilir.  25 metrlik rels qaynaq xəttinə verilir. Sonra kontakt səthinin cilalanması prosesi gedir. Bundan sonra relslərin qaynaq edilməsi başlayır. Qaynaq edilmiş relslər isti halda presdə düzəldilir. Sonra qaynaq edilmiş birləşmənin kobud cilalanması mərhələsi başlayır. Növbəti proses daxili gərginliyin azaldılmasıdır. Bundn sonra  qaynaq edilmiş birləşmənin incə cilalanması başlayır. Növbəti mərhələdə qaynaq edilmiş birləşmənin soyuq halda presdə düzəldilir və birləşmənin soyudulması prosesi başlayır. Sonra defektoskop cihazı birləşməni yoxlayır. Elektronmetrlə qaynaq edilmiş birləşmənin yoxlanmasından sonra uzunölçülü rels xüsusi hazırlanmış qatara yüklənir. Texnoloji prosesi izləmək üçün müəssisənin ərazisində 16 ədəd video-kamera quraşdırılıb.

 

Yeni texnoloji xəttin iş prinsipi ilə tanış olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov burada çalışan insanlarla görüşüb, onların işini yüksək dəyərləndirib. Əməkçilər üçün soyunub-geyinmə otaqları və duşxana və 40 nəfərlik yeməkxana tikilərək istifadəyə verilib. Arif Əsgərov işçiləri işə aparıb-gətirmək üçün müəssisəyə bir avtobus hədiyyə edib. MHİRK-in sədri Fəzail Bağırov isə 24 saylı Salyan Rels Qaynaqlama Qatarının bir qrup işçisinə Komitənin fəxri fərmanını və  pul mükafatını təqdim edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1349
avatar

Oxşar yazılar