Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə Azərbaycana idxal olunan neft koksu, neft bitumu və neftin və məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlarla bağlıdır.
Əgər indiyə qədər Azərbaycana gətirilən bu məhsulların 1 tonu üçün aksiz dərəcəsi 30 dollar olubsa, iyulun 5-dən 2014-cü ilin yanvarın 1-dək həmin məhsulların 1 tonu üçün aksiz dərəcəsi 1 dollar olacaq.
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" qərarına da dəyişiklik edib və bu məhsullarla bağlı tarif dərəcəsi ləğv olunub.
Bu məhsullar əlavə dəyər vergisindən də azad olunub.