Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər
03 iyun 2014 11:33 (UTC +04:00)

Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər

Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər.


 

APA-Economics”in xəbərinə görə, bunu ADA Universitetində çıxışı zamanı Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

 

A.Ulyukayev deyib ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə müzakirə olunub.

 

“Rusiya-Azərbaycan fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, - deyə A.Ulyukayev qeyd edib.

 

O, əlavə edib ki, Rusiyanın artıq Qətər, Küveyt, Cənubi Koreya, Çin və bir çox ölkələrlə bu cür fondları mövcuddur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar