Azərbaycan və Qazaxıstan bankirləri nədən danışdılar?
29 noyabr 2013 16:21 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan bankirləri nədən danışdılar?

Azərbaycan Mərkəzi Bankında nağd pul sferasında Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədi ilə Qazaxıstan Respublikası Milli Bankının nümayəndə heyəti üçün təcrübə mübadiləsi keçirilib. Lent.az-ın məlumatına görə, nümayəndə heyətini Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev qəbul edərək Mərkəzi Bankda həyata keçirilən “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” Proqramı və bu çərçivədə qəbul olunmuş layihələr, nağd pul sferasında tətbiq olunacaq ən mütərəqqi sistem və texnologiyalar, onların bank sektoruna verəcəyi töhfələr barəsində məlumat verib.

Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulayıb, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar