Azərbaycan və Argentina arasında birgə İşçi Qrup yaradılacaq
11 iyul 2013 18:47 (UTC +04:00)

Azərbaycan və Argentina arasında birgə İşçi Qrup yaradılacaq

Bu gün iqtisadi inkişaf naziri Şahin Mustafayev Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüşüb.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şahin Mustafayev son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, zəruri müqavilə-hüquq baza yaradıldığını, bu sahədə indiyədək 18 sənəd imzalandığını söyləyib.

 

Görüşdə Azərbaycanla Argentina arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə uyğun olaraq birgə İşçi Qrupun yaradılması barədə fikir mübadiləsi aparılıb. İşçi Qrupun ilk iclasının bu ilin dekabrında keçirilməsi, iki ölkənin iş adamları arasında biznes forumun təşkili barədə ilkin razılıq əldə edilib. Azərbaycan və Argentina arasında müxtəlif istiqamətlərdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Şahin Mustafayev istehsal və emal sahələrində birgə müəssisələrin yaradılmasını təklif edib.

 

Görüşdə İKT, turizm, dərman istehsalı, tikinti, alternativ enerjisi istehsalı və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə vurğulanıb ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəticəsində Argentina Azərbaycan vasitəsilə region ölkələrinə, Azərbaycan isə Argentina vasitəsilə Latın Amerikası ölkələrinə çıxış imkanlarını genişləndirə bilər. Karlos Dante Riva ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. O, bundan sonra da Azərbaycan-Argentina əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar