Azərbaycanlı sərmayəçi Ukraynanın Sumı vilayətinin Romen rayonuna 220-250 min ton eman gücünə malik soya zavoduna 22 milyon dollarlıq sərmayə qoyub. Lent.az-ın Vesti.az-a istinadən məlumatına görə, “Jovtnev qənd zavodu” sahiblərindən biri Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun alternativ yanacaq istehsalına 30 milyon dollarlıq sərmayə yatırılacağı da gözlənilir.
Ə. Salmanov Vesti.az-a açıqlamasında 50 milyon dollarlıq sərmayənin xəbərinin doğru olduğunu təsdiqləyib: “Jovtnev qənd zavodu” avadanlığı lizinq vasitəsilə türk türk kompaniyası tərəfindən 5-7 il arasında veriləcək. Soya istehsal edən zavoda gəlincə, mənim buna aidiyyatım yoxdur. Mənim əldə etdiyim məlumata görə, ora sərmayə türk kompaniyası tərəfindən avadanlıq formasında veriləcək”.