«APA-Economics»in «Cihan» informasiya agentliyin istinadən verdiyi məlumata görə, bu vəsait Türkiyədə «Star» neft emalı zavodunun tikintisinin davam etdirilməsinə sərf olunacaq.
«SOCAR-Turkey»in rəhbəri Kənan Yavuz bildirib ki, «Star» neft emalı zavodunun tikintisinə indiyə qədər təxminən 350 mln. dollar xərclənib: «Zavodun tikintisində növbəti aylarda əlavə xərclər üçün tələb olunan 475 mln. dollar Azərbaycandan transfer ediləcək».
K.Yavuz qeyd edib ki, bu transfer indiyə qədər Türkiyəyə bir dəfəyə daxil olan ən böyük birbaşa xarici sərmayə olacaq: «Neft emalı zavodunun inşası layihəsinin ümumi dəyəri 5,5 mlrd. dollar təşkil edir. Bunun 1,9 mlrd. dolları SOCAR-ın öz vəsaitləri hesabına, qalanı isə xarici kreditlər hesabına maliyyələşdiriləcək».
Qeyd edək ki, «Star» zavodunun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb və müəssisənin 2017-ci ildə istehsala başlayacağı gözlənilir. Zavodun ilkin mərhələdə ildə 10 mln. ton xam neft emal edəcəyi proqnozlaşdırılır.