Azərbaycan Rusiya və Gürcüstana qiymətlərin aşağı salınması barədə müraciət edib
16 mart 2015 12:59 (UTC +04:00)

Azərbaycan Rusiya və Gürcüstana qiymətlərin aşağı salınması barədə müraciət edib

 Bu ilin martın 11-dən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 25% artıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə verdiyi məlumata görə, bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, beynəlxalq sərnişin daşımalarında İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC bununla əlaqədar olaraq, “Rusiya Dəmir Yolları” ASC-yə və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişindaşıma tariflərinin aşağı salınması barədə müraciət edib.

 

Yaxın günlərdə qiymətlərin endirilməsi məsələsinin həll olunacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar