MDB Statistika Komitəsi 2013-cü ilin ilk kvartalı üçün quruma üzv ölkələrin statistik göstəricilərini açıqlayıb. Lent.az-ın komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar – iyun aylarının yekununda Azərbaycan bir sıra göstəricilərdə öncül mövqelərdə olub.
İnflyasiya göstəricisi ölkəmizdə 1,2 faiz təşkil edib. Bu baxımdan yalnız Ukrayna (0,2 faiz) Azərbaycanı qabaqlaya bilib.
Ümumi daxili məhsulun həcmi isə 5 faiz artıb. Bu göstəricidə ölkəmiz Türkmənistan (9,4 faiz), Özbəkistan (8 faiz) və Tacikistandan (7,5 faiz) geri qalıb.
İlk yarım ildə sənaye istehsalında da Azərbaycan 100,3 faiz irəliləyişə nail olub və Rusiyanı 0,2 faiz geridə qoyub. Bu göstəricidə Qırğızıstan (118,4 faiz), Ermənistan (108,3 faiz), Özbəkistan (108,2 faiz), Tacikistan (106,6 faiz), Qazaxıstan (101,8 faiz) daha öndədir.