Azərbaycan əhalisi 12,2 milyard manatlıq məhsul alıb
10 sentyabr 2013 18:14 (UTC +04:00)

Azərbaycan əhalisi 12,2 milyard manatlıq məhsul alıb

Dövlət Statistika Komitəsi əmtəə bazarı haqqında məlumat yayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox müxtəlif istehlak malları satılıb.

 

İstehlak mallarının 52,0 faizini ərzaq, 48 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3 faiz artıb. Yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 milyon manat təşkil edib. Əhali onlayn rejimlə sifariş verdikləri istehlak mallarının 85,5 faizini hüquqi, 14,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 92 faizini qeyri-ərzaq malları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar