Azərbaycan dünyanın biznes ölkələri reytinqində irəlilədi
29 oktyabr 2013 11:27 (UTC +04:00)

Azərbaycan dünyanın biznes ölkələri reytinqində irəlilədi

Ümumdünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) hər il tərtib etdiyi “Doing Business” işgüzar mühit münbitliyi üzrə yeni reytinq siyahısı açıqlanıb. Lent.az-ın məlumatına görə, yeni siyahıda Azərbaycan 189 ölkə arasında 70-ci yerdə qərarlaşıb.

 

Ötən illə müqayisədə 1 pillə irəliləyən ölkəmiz Türkiyə ilə Antiqua və Barbuda arasında yer alıb. Reytinq tərtib olunarkən ölkələr bir neçə meyarla qiymətləndiriliblər. Bu baxımdan, biznesin açıqlığında ölkəmiz 10-cu, tikintiyə icazə almada 180-ci, elektrik şəbəkəsinə qoşulmada 181-ci, mülkiyyəti qeydiyyata almada 13-cü, kreditə çıxışda 55-ci, sərmayəçilərin hüquqlarını müdafiə etmədə 22-ci, vergi ödənişində 77-ci, transsərhəd ticarətində 168-ci, müqavilələrə riayətetməni təmin olunmasında 28-ci və bankrotluğun nizamlanmasında 86-cı pillədə yer alıb.

 

Siyahıya artıq 8-ci ildir Sinqapur başçılıq edir. Ötən il olduğu kimi, yenə ilk “5-lik”də Honq-Konq, Yeni Zelandiya, ABŞ və Danimarka da qərarlaşıb. Sonuncu – 189-cu yer Çada, sondan əvvəlki Mərkəzi Afrika Respublikasına məxsusdur. Siyahıya ilk dəfə daxil edilən Liviya isə 188-ci mövqedədir.

 

Qeyd edək ki, reytinq siyahısında ən böyük sıçrayışa 140-cı mövqedən 112-dək irəliləyən Ukrayna nail olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151
avatar

Oxşar yazılar