Azərbaycan dövləti Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olacaq. Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan hökumətinin Çin Xalq Respublikası hökumətinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəyini Çinin Maliyyə Nazirliyinə bildirib.
Azərbaycan Respublikası Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib.