2015-cü ilin yanvar ayında Azərbaycanda təqribən 112,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəkindən 5,7 faiz azdır. Lent.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar ayının yekunları üzrə hesabatında deyilir.
Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.
Ümumilikdə bu ilin yanvarında Azərbaycanda 447 min tondan çox neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 404,4 min ton olub.
Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:
Neft məhsullarının istehsalı |
2015-cü ilin yanvarında (tonla) |
2014-cü ilin yanvarına nisbətdə (faizlə) |
Avtomobil benzini |
112,5 |
94,3 |
Nafta |
4,2 |
150 |
Kerosin |
57,8 |
94,9 |
Dizel yanacağı |
260 |
130,9 |
Sürtgü yağı |
1,1 |
22 |
Neft bitumu |
11,6 |
64,4 |