İyulun 17-18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi işçi qrup təmsil edəcək.
İclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, Yüksək Səviyyəli İşçi Qrupunun 2-ci iclasından ötən dövrdə görülən işlər, müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.