AZAL qiymətlərin təhlilinə başladı
16 iyul 2015 13:47 (UTC +04:00)

AZAL qiymətlərin təhlilinə başladı

 “Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb.

 

QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.

 

Qeyd edək ki, təhlillər prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321
avatar

Oxşar yazılar