AZAL Bakı-Gəncə reysini bərpa edir
19 noyabr 2015 10:15 (UTC +04:00)

AZAL Bakı-Gəncə reysini bərpa edir

 

Bakı-Gəncə aviareysi üzrə uçuşlar dayandırılmayacaq.

 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.

 

“Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar hər gün həyata keçiriləcək”, - deyə P. Kəsəmənski bildirib.

 

P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.

 

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan edib. Lakin qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar