Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” (AZAD)Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik AZAL-ın Nizamnamə kapitalı ilə bağlıdır.
İndiyə qədər AZAL-ın nizamnamə kapitalı 784 milyon 974 min 470 manat, nominal dəyəri 2 manat olan 392 milyon 487 min 235 ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən AZAL-ın nizamnamə kapitalı 823 milyon 974 min 470 manata, səhmlərin sayı 411 milyon 987 min 235 ədədə çatdırılıb.