AZAL-ın arzuolunmaz sərnişinləri... - "Qara Siyahı"
18 noyabr 2014 10:59 (UTC +04:00)

AZAL-ın arzuolunmaz sərnişinləri... - "Qara Siyahı"

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) “qara siyahı”sında 61 nəfərin adı var”. Lent.az-ın məlumatına görə, bunu azvision.az-a açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, “qara siyahı”da onlardan 50 nəfər azərbaycanlı, 11 nəfər isə xarici ölkə vətəndaşıdır:


“Xarici vətəndaşlardan 7-i Rusiya, 4-ü isə hər ölkədən bir nəfər olmaqla Ukrayna, Çin, İran və Gürcüstan vətəndaşlarıdır. 

Qaydalara daha çox əməl etməyənlər isə yerli vətəndaşlardır. Cəzalandırılan 61 nəfər şəxsdən eləsi var ömrünün sonuna kimi AZAL ilə uçuş edə bilməz. Həmin şəxslərin sayı 11 nəfərdi. Onlardan 3 nəfər 6 aylıq, qalan 47 nəfər isə 1 illik cəzalandırılıb. Bunlar 2014-cü ilə aiddi və bir il davam edəcək”. 

Qeyd edək edək ki, sərnişinlər əsasən siqaret çəkmək, mobil telefonla danışmaq, təhlükəsizlik kəmərini bağlamadıqlarına görə, “qara siyahı”ya düşüblər. Adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. AZAL “arzuolunmaz sərnişinlər” siyahısını ictimaiyyətə açıqlamır. Bu yalnız sərnişinlərin özünə elan olunur. Bəzən tanınmış şəxslərdə bu siyahıya düşür. Bunlardan məlum olanı sabiq deputat, Daşkəsən rayonunun hazırkı icra başçısı Əhəd Abıyev bir dəfə “arzuolunmaz sərnişinlər” siyahısına salınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar