Avtomobil kreditlərinin şərtlərində inanılmaz dəyişiklik
11 fevral 2014 16:06 (UTC +04:00)

Avtomobil kreditlərinin şərtlərində inanılmaz dəyişiklik

Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib. Lent.az-ın məlumatına görə, fins.az avtomobil kreditləşməsi ilə bağlı yeni qaydaların hazırlanması barədə xəbər yayıb. Yaxın vaxtlarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olacaq.
İlkin ödənişin məbləği avtomobilin  təzə və ya köhnə olmasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq.
Təzə avtomobillərdə ilkin ödəniş 40-50% arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% təşkil edəcək.
Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% olmalıdır. Burada avtomobilin qiymətinin əhəmiyyəti yoxdur. Qeyd edək ki, avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyirlər. Xatırladaq ki, yanvarın ortalarından avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə də təsir edib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3830
avatar

Oxşar yazılar