2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosil-iqtisadi inkişafın sürətləndiriləsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Təsadüfi deyil ki, Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir. Bu siyasətin reallaşdırılması nəticəsində demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avroatlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir.
Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" həm də icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edir.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" proqramının həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etdi. Qeyri-neft sektoru 1,8 dəfə artdı və 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faizə çatmışdı. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 2004-2008-ci illər ərzində 6,2 dəfə artaraq ümumi investisiyaların strukturunda xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatdırıldı. Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etdi. Bu isə ümumi investisiyaların 83 faizinə bərabər idi. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafi ilə bağlı I Dövlət Proqramının icra dövrü ərzində Azərbaycanın müxtəlif bölgələrinə 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulub.
Məhz 2004-2008-ci illərin uğurlu statistik nəticələrin məntiqi yekunu icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edən yeni dövlət proqramının qəbulunu zəruri etmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların daha sürətli sosial-iqtisadi inkişafının təmininə imkan yardır.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı