Avro 85 sentə qədər ucuzlaşa bilər
12 mart 2015 11:07 (UTC +04:00)

Avro 85 sentə qədər ucuzlaşa bilər

"Deutsche Bank"ın Foreks bölməsinin rəhbərlərindən biri olan George Saravelos Avronun məzənnəsinin 85 sentə qədər enəcəyini deyib. Lent.az-ın marja.az-a istinadən məlumatına görə, Saravelos deyib ki, Avropadakı vəziyyət avronun daha da dəyər itirməsinə səbəb olur:  “Avropada həddindən artıq qənaət var ki, bu da çoxlu nağd pul anlamına gəlir. Bu, Avropa Mərkəzi Bankının (AMB) hazırda bazara daha çox likvidlik verən son həmləsi ilə birləşdirildiyində, yeganə həll kimi bu likvidliyin Avropadan kənara çıxmasında  görünür”.

 

 Avro, dollar qarşısında son 12 ilin ən aşağı səviyyəsindən alınıb-satılır. Avro bu səhərki əməliyyatlarda dollar qarşısında 1,05 səviyyələrindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar