Avqustda Azərbaycanda deflyasiya qeydə alınıb
03 sentyabr 2015 16:20 (UTC +04:00)

Avqustda Azərbaycanda deflyasiya qeydə alınıb

Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1% bahalaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1% ucuzlaşıb.

 

Ay ərzində qarabaşaq yarması, sümüklü mal və qoyun əti, kərə yağı, şəkər, banan, alma, armud, üzüm, qarpız, yemiş, xiyar, şirin bibər, badımcan, kartofun qiymətlərində ucuzlaşma, uzun düyü, buğda unu, makaron məmulatları, toyuq ətin, balıq məhsulları, yumurta, bitki yağları, limon, kələm, göyərti, pomidor, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, qara və yaşıl çay, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

 

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçalar, inşaat materialları, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazlarının qiymətlərində bahalaşma, geyim, dərmanlar, minik avtomobilləri, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

 

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşmış, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar