Astanada  “Yeni İpək Yolu” ilə bağlı biznes-forum keçiriləcək
05 noyabr 2013 14:20 (UTC +04:00)

Astanada  “Yeni İpək Yolu” ilə bağlı biznes-forum keçiriləcək

Qazaxıstan paytaxtı Astana şəhərində noyabrın 6-8-də “Yeni İpək Yolu” II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent. az-da verdiyi məlumata görə, tədbirdə Qazaxıstan Respublikasının dövlət orqanlarının, MDB ölkələrinin dəmir yolu təşkilatlarının, müxtəlif ölkələrin nəqliyyat şirkətlərinin, maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.

 

Forumda dövlət orqanları tərəfindən nəqliyyat və logistika sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticələri, Qazaxıstanın Avrasiya materikində ticari-iqtisadi münasibətlərin  inkişafında əsas rolu, Şərq-Qərb dəhlizi istiqamətində dəniz və quru nəqliyyatının tarixi rəqabəti, Traseka – Avropanın siyasi və ya iqtisadi layihəsi, beynəlxalq layihənin inkişaf perspektivləri (Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan) və digər məsələlər müzakirə olunacaq. Eyni zamanda biznes-forum çərçivəsində  Nəqliyyat-Logitstika Assosiasiyasının (“Kazlogistics”) birinci qurultayı da reallaşacaq.   

 

Forumda ölkəmizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454
avatar

Oxşar yazılar