Artur Rasizadə tapşırıq verdi
06 noyabr 2013 10:30 (UTC +04:00)

Artur Rasizadə tapşırıq verdi

Noyabrın 5-də baş nazir Artur Rasizadə Sumqayıt Texnologiyalar Parkına gələrək, buradakı yüksək texniki və texnoloji səviyyəli istehsalatlarla tanış olub. Lent.az-ın məlumatına görə, baş nazirə Sumqayıt Texnologiyalar Parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu park MDB məkanında analoqu olmayan müasir istehsalat kompleksidir. Bu möhtəşəm kompleksin işə düşməsi ilə respublikamızın ənənəvi və alternativ energetika qurğuları yerli texnoloji avadanlıq və məhsullarla təchiz olunmağa başlanıb. Texnoparkda respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Ümumən, 30-a yaxın müəssisədən ibarət olacaq Texnoparkda respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik 17 zavod artıq tam gücü ilə fəaliyyət göstərir.
Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə ətraflı tanış olan A. Rasizadə buraxılan məhsulun keyfiyyətinin daim yüksəldilməsi və mövcud istehsal potensialından daha səmərəli istifadə edilməsi, habelə marketinq xidmətinin gücləndirilməsi məqsədi ilə müvafiq tapşırıq və tövsiyələrini verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1910

Oxşar yazılar