ARDNŞ yanğınla bağlı yeni məlumat yaydı
30 avqust 2013 13:25 (UTC +04:00)

ARDNŞ yanğınla bağlı yeni məlumat yaydı

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərdəki “Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması üzrə aparılan işlərlə bağlı növbəti açıqlama yayıb. Şirkətdən Lent.az-a verilən məlumata görə,  “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir. Görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 35-40%-i demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

 

“Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir”, - deyə ARDNŞ-dan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar