Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bununla da Rumıniyada yanacaqdoldurma məntəqəsinin sayı 14-ə çatıb. Bu barədə Lent.az-a Dövlət Neft Şirkətindən məlumat verilib. Açılışı keçirilən YDM Rumıniyanın Neamt iqtisadi regionun Tarqu Neamt rayonunda, Buxarest istiqamətində uzanan magistral üzərində yerləşir.
2013-2015-ci illər ARDNŞ üçün Rumıniyada investisiya ili olacaq və şirkət bu sahədə Rumıniya bazarında öz yerini möhkəmləndirməyi planlaşdırır.