ARDNŞ Türkiyədə benzin, maşın yağları və digər enerjidaşıyıcı məhsulları pərakəndə satmaq üçün lisenziya alıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Scr ve Hazar” markaları ilə Türkiyə bazarında yer alacaq ARDNŞ-in lisenziyasının müddəti 2028-ci il yanvarın 10-a qədərdir.
ARDNŞ Türkiyədə Enerji Bazarını Tənzimləmə Qurumundan enerjidaşıyıcı məhsullarının pərakəndə satışına lisenziya alan 58-ci şirkət olub. Beləliklə, ARDNŞ Türkiyədə yanacaqdoldurma stansiyaları tikərək benzin, maşın yağları və digər məhsullar sata biləcək.