Bu gün Bakıda «Şahdəniz-2» layihəsi çərçivəsində qazın alıcıları ilə müqavilələrin imzalanması mərasimi baş tutub.
“APA-Economics”in məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Şahdəniz» yatağından çıxarılan qazı 9 ölkənin şirkətlərinə satacaq. Şirkətin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilələr çərçivəsində Azərbaycan qazı Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq.
Qeyd edək ki, 9 ikitərəfli müqavilə imzalanıb. Azərbaycan tərəfdən müqavilələri ARDNŞ prezidenti R.Abdullayev imzalayıb. Müqavilələr «Bulgargas», «DEPA», «Shell», «Gas Natural Fenosa», «EON», «Gaz de France», «Hera», «Enel» və «Axpo» şirkəti ilə imzalanıb.