ARDNŞ prezidenti Acarıstanın başçısı ilə görüşüb
06 iyul 2013 17:42 (UTC +04:00)

ARDNŞ prezidenti Acarıstanın başçısı ilə görüşüb

ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın Acarıstan Muxtar Respublikasının başçısı Arcil Xabadzeni qəbul edib.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə. Rövnəq Abdullayev Gürcüstan ilə Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.

 

Rövnəq Abdullayev son illərdə Gürcüstanın regionlarında gerçəkləşdirilən layihələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini vurğulayıb. Arcil Xabadze isə Qafqazın ən böyük şirkəti olan SOCAR-ın Gürcüstandakı fəaliyyətindən məmnunluğunu dilə gətirib və şirkətin fəaliyyətinin Acarıstanda daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. Görüşdə hazırda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu vurğulanıb və bu imkanların gerçəkləşdirilməsi istiqamətində səylərin artırılması zərurəti qeyd edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar