ARDNŞ işçilərinin sayını azaldıb – STATİSTİKA
06 iyul 2013 18:25 (UTC +04:00)

ARDNŞ işçilərinin sayını azaldıb – STATİSTİKA

Son illər ARDNŞ-də bir çox struktur dəyişiklikləri aparılmış, karyeranın idarə edilməsi, Şirkətin idarə və müəssisələrinin, eyni zamanda işçilərin inkişafına xidmət edən tədbirlər həyata keçirilİb.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə,

bütün bunların, eyni zamanda təbii səbəblər (pensiya, kadr axımı, vəfat və s.) nəticəsində işçilərin faktiki sayında azalma dinamikası müşahidə olunub.

 

Əgər 1993-cü il 1 yanvar tarixə ARDNŞ -də 79 min 34 nəfər işləyibsə, 2013-cü il 1 yanvar tarixə işçilərin faktiki sayı 66 min 234 nəfər təşkil edib. Bundan başqa, müxtəlif vaxtlarda müəssisələrin özəlləşdirilməsi, birgə müəssisələrin və Əməliyyat Şirkətlərinin yaradılması da ARDNŞ -də çalışan işçilərin sayının azalmasına səbəb olub. 2009-cu il yanvarın 1-ə olan məlumata görə, ARDNŞ -də çalışanların sayı 65 min 83 nəfər olub. 2009-cu ildə ARDNŞ -nin strukturuna 12 min 610 nəfərlik “Azəriqaz” Səhmdar Cəmiyyəti, 2010-cu ildə isə 6 min 134 nəfərlik “Azərikimya” şirkəti daxil edilib. Beləliklə də, şirkətin ümumi işçilərinin sayı nəzərəçarpacaq dərəcədə artıb, təxminən 84 min nəfərə çatıb. 2011-2012-ci illərdə ARDNŞ -də işçilərin optimallaşdırılması ilə bağlı keçirilən tədbirlər nəticəsində, mənzil-kommunal, məktəbəqədər müəsisələr, mədəniyyət sarayları, səhiyyə və digər sosial obyektlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanların və qurumların balansına verilib, bununla da ARDNŞ üzrə işçilərin faktiki sayı 2013-cü il 1 yanvar tarixə 66 min 234 nəfərə enib.
İşçilərin sayının azalması ARDNŞ -nin ən iri struktur vahidlərinə özünü əyani şəkildə büruzə verib. İşçilərin sayı “Azneft” İstehsalat Birliyi üzrə 20 min 732 nəfərdən 16145 nəfərə, Kompleks Qazma İşləri Tresti üzrə 6 min 360 nəfərdən 3 min 914 nəfərə, Sosial İnkişaf İdarəsi üzrə 7 min 838 nəfərdən 1189 nəfərə, Təhlükəsizlik İdarəsi üzrə 4 min 250 nəfərdən 3 min 800 nəfərə enib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar