ARDNŞ Bolqarıstanın qaz şirkətləri ilə iki sənəd imzalayıb
22 sentyabr 2014 13:57 (UTC +04:00)

ARDNŞ Bolqarıstanın qaz şirkətləri ilə iki sənəd imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin  prezidenti Rövnəq Abdullayev “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibəti ilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan “Bulqartransqaz” və “Bulqarqaz” şirkətlərinin rəhbərlərini qəbul edib.

 

ARDNŞ-dən Lent.az-a verilən məlumata görə, ARDNŞ prezidenti  Azərbaycanla Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyib, Bolqarıstan prezidentinin “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak etməsini bu münasibətlərin parlaq təzahürü kimi qiymətləndirib.  

 

Bakıdakı təntənəli mərasimlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən qonaqlar Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəql edilməsində maraqlı olduqlarını vurğulayıblar.

 

Sonra ARDNŞ ilə Bolqarıstanın qaz şirkətləri arasında iki sənəd imzalanıb. ARDNŞ və “Bulqartransqaz” arasında Anlaşma Memarandumu ARDNŞ-nin prezidenti R. Abdullayev və “Bulqartransqaz” şirkətinin baş direktoru Kiril Temelkov tərəfindən imzalanıb.

 

ARDNŞ və “Bulqarqaz” şirkəti arasında niyyət protokolunu isə R. Abdullayev və “Bulqarqaz” şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imzalayblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar