<b>ARDNŞ: </b>Yeni Kompleks 4 ildən sonra istifadəyə veriləcək
20 noyabr 2014 12:18 (UTC +04:00)

ARDNŞ: Yeni Kompleks 4 ildən sonra istifadəyə veriləcək

ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib. Məktəbdən Lent.az-a verilən məlumata görə, vitse-prezident tələbləri yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayıb və Ali məktəbdə görməkdən məmnunluq ifadə edib. T. Qəhrəmanov rəhbərlik etdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə dair təqdimatla çıxış edərək, ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırıb.

Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov tələbələrin çoxsaylı suallarını cavablandırıb və onların gələcək peşakar həyatlarında uğurlar arzulayıb.

Tədbirin sonunda BANM-in rektoru E.Qasımov ARDNŞ-nın vitse-prezidenti T.Qəhrəmanovu dəvəti qəbul etdiyinə və tələbələri layihə haqqında  dolğun məlumatlandırdığına görə təşəkkürünü bildirib.

Sonda T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar