“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətdə işlər sentyabrın davam etdirilir.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xaricdən gətirilmiş avadanlıqlar “Şirvan” gəmisinin üzərində quraşdırılıb.
Əlavə olaraq gəminin oxunun soyudulması üçün daha bir xətt çəkilib və su nasosları ilə təchiz olunub. Hazırda həmin əlavə xəttin sınaq işləri aparılır. Eyni zamanda özül “Vixr” və “Caspian Support” gəmiləri vasitəsi ilə fasiləsiz olaraq soyudulur. “Barra” gəmisinin üstündə quraşdırılmış nasoslardan özülə bir neçə soyutma xətti çıxarılıb. Yanan quyunun ətrafında təmizlik işlərinə başlanılır.