Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan gənc işçilərin yenidən işlə təmin oluna biləcəyinə aydınlıq gətirib.
“APA-Economics”in məlumatına görə, ARDNŞ-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, ixtisara düşmüş işçilərin adları A
Onun sözlərinə görə, bu şəxslərin adları ixtisaslar üzrə komplektləşdiriləcək: “İxtisara düşən işçilər 2 aylıq ödənişlərini alıblar. Kadr ehtiyatı bazasında elə insanların adları və ixtisasları var ki, onları işlə təmir etmək mümkün deyil. Bu ixtisaslar üzrə komplektləşdirilmə həyata keçirildikdən sonra şirkət üzrə mövcud vakansiya olduqda, işdən könüllü şəkildə çıxanların, təqaüdə gedənlərin hesabına yenidən işlə yəmin ediləcəklər”.
A.Bəkirli bildirib ki, bu ixtisaslar üzrə vakansiyalar yarandıqda, qurum ədalətli və yalnız test üsulu ilə imtahan təşkil edəcək: “Burada da test imtahanlarını ən yüksək balla keçən işçini yenidən işlə təmin edəcəyik. Qalan keçid balını keçməyən işçilərə isə biz gələcəkdə iş təklif etməyəcəyik. Bu insanlar artıq öz gələcəyi haqqında fikirləşməlidir. Test müsabiqəsində az bal toplayan işçilər isə gözləyəcək və növbəti vakansiya yarandıqda, onlar imtahansız işlə təmin olunacaqlar”.
Departament rəisi vurğulayıb ki, ARDNŞ-a kənardan işə qəbul edilməsi prosesi dayandırılıb: “Hətta müvəqqəti olaraq analıq məzuniyyətinə və sosial məzuniyyətə çıxan işçilərin hesabına biz həmin adları kadr ehtiyatı bazasında olan insanları imtahan verdikdən sonra daimi işlə təmin edəcəyik. Bu işçilərdən müəyyən bir qrupu mövsümi işlərdə istifadə olunacaq”.
A.Bəkirli qeyd edib ki, A