ARDNŞ “Microsoft”la saziş imzaladı
29 yanvar 2013 16:09 (UTC +04:00)

ARDNŞ “Microsoft”la saziş imzaladı

“Microsoft” korporasiyası və ARDNŞ arasında lisenziyalı proqram təminatının istifadəsi üzrə strateji saziş imzalanıb.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, korporasiya ilə strateji əməkdaşlıq və Microsoft Enterprise Agreement korporativ lisenziyalaşdırması proqramı çərçivəsində uzunmüddətli lisenziya razılaşması ARDNŞ-ə işgüzar fəaliyyətin səmərəliliyini yüksəltməyə, ən müasir texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni sadələşdirməyə və müəllif hüquqlarının müdafiəsinə kömək edəcək.

 

Azərbaycanda “Microsoft Large Account Reseller” statusuna malik olan “Softline” şirkəti proqram təminatının lisenziyalaşdırılması layihəsinin operatoru kimi çıxış edib. Müqavilə çərçivəsində əldə edilən lisenziyalı “Microsoft” proqram təminatı ARDNŞ-in kompüter parkının işi üçün bütün proqram platformasını əhatə edir. “Microsoft” ilə saziş ARDNŞ-ə lisenziyaların ümumi dəyərini azaltmağa imkan verəcək. Müqaviləyə görə ödəniş illik ödənişlər şəklində aparılacaq ki, bu da proqram təminatının əldə edilməsinə birdəfəlik böyük sərmayələrdən yayınmağa şərait yaradacaq.

 

 

# 1134
avatar

Oxşar yazılar