ARDNŞ: “İki yeni neft quyusu istismara verilib”
08 yanvar 2013 18:43 (UTC +04:00)

ARDNŞ: “İki yeni neft quyusu istismara verilib”

“Neft Daşları” yatağındakı 2521 nömrəli özüldən 2530 və 2532 nömrəli quyular qazmadan sonra istismara verilib. Bu barədə Lent.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib. “Qala Lay Dəstəsi-3” horizontuna qazılmış 2530 nömrəli quyu sutkalıq 14 ton, “Qala Lay Dəstəsi-4” horizontuna qazılmış 2532 nömrəli quyu isə sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Hər iki quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.                               

 

 

# 1301
avatar

Oxşar yazılar