Aqrar sahə ilə bağlı xüsusi investisiya fondu yaradıla bilər
15 noyabr 2013 17:36 (UTC +04:00)

Aqrar sahə ilə bağlı xüsusi investisiya fondu yaradıla bilər

“Aqrar sahəyə özəl sektor sərmayə qoymaqda çox da maraqlı olmadığından əsas yük dövlət büdcəsinin üzərinə düşür və bu da müəyyən çətinlik yaradır”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Komitə sədri vurğulayıb ki, bu problemin həllində dövlət büdcəsi, büdcədən kənar və özəl vəsaitlər hesabına mərkəzləşdirilmiş xüsusi investisiya fondunun yaradılması məqsədəuyğundur olar: “Bu fondun vəsaitləri hesabına aqrar istehsal sahələrinə daha çox investisiya ayırmaq və yüksək səmərə əldə etmək olar. Bununla yanaşı parlamentdə müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə zərfin ikinci cildində qeyd olunur ki, fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrara siyasətinin əsas prioritetlərindəndir”.

 

E. İbrahimov onu da vurğulayıb ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri dövlət başçısının iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur: “Onların uğurla həyata keçirilməsi üçün “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunların qəbul edilməsinə böyük ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar