AMEA prezidenti: “Xəzərdə nərə balıqlarının nəsli kəsilmək üzrədir”
06 noyabr 2013 16:42 (UTC +04:00)

AMEA prezidenti: “Xəzərdə nərə balıqlarının nəsli kəsilmək üzrədir”

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

APA-nın xəbərinə görə, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. O, gündəlikdə ilk təqdim olunan “Azərbaycanda nərə balıqlarının akvakultura şəraitində yetişdirilməsinin elmi problemləri və perspektivləri” adlı məruzənin dinlənilməsini təklif edib: “Alimlərin tədqiqatlarının nəticələrinə əsasən antropogen amillər səbəbindən Xəzər dənizində nərə balıqlarının  nəsli kəsilmək üzrədir. Zoologiya İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun alimləri bu istiqamətdə tədqiqatlarını genişləndirir, dənizin endemik fauna növləri olan nərə balıqlarının tükənməsi probleminin həlli yollarını araşdırıblar”.

 

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov sözügedən tədqiqatlar barədə məruzə ilə çıxış edib. O bildirib ki, yerli və xarici mütəxəssislərin rəyinə görə, son onilliklərdə balıqartırma zavodları tərəfindən dənizə balıq körpələrinin buraxılması nərə balıqlarının çoxaldılmasına fayda vermir: “Xəzərdə nərəkimi balıqların təbii və süni artımının miqyası azalır. Bütün kürüləmə yerlərində, Xəzəryanı dövlətlər tərəfindən balıqlar qanuni və qeyri-qanuni yolla intensiv ovlanır. Bu cür hallar nərəkimi balıqların ciddi surətdə azalmasına gətirib çıxarır”.

 

İ. Ələkbərov problemin həlli yollarından biri kimi nərəkimilərin akvakultura şəraitində çoxaldılmasını təklif edib: “Bu sahədə dünyada tətbiq edilən ən müasir və səmərəli vasitə qapalı su təchizatı qurğusudur. Təəssüf ki, bu üsul indiyədək Azərbaycanın balıqçılıq təsərrüfatlarında istifadə edilməyib. Bu metodun ölkəmizdə ilk dəfə tətbiq olunması üçün Zoologiya İnstitutunun Mingəçevir laboratoriyasının bazasında analoji təcrübə-istehsalat təsərrüfatının yaradılmasını təklif edirik”.

 

Təklif müəyyən müzakirələrə səbəb olub. Müzakirələrdən sonra qərara gəlinib ki, elmi baxımdan bu problem işlənilməlidir. Problemlə bağlı proqramın icrası istiqamətində tədbirlər görülməlidir və yenidən layihə hazırlanmalıdır. Bir neçə vaxtdan sonra yenidən Rəyasət Heyəti toplaşıb həmin qərarı müzakirə edib, qərar verməlidir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar