Alternativ enerji üçün 300 milyon manat...
01 noyabr 2013 20:42 (UTC +04:00)

Alternativ enerji üçün 300 milyon manat...

Azərbaycanda bu günədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına 300 milyon manat məbləğində investisiya yatırılıb. APA TV-nin xəbərinə görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib ki, bu investisiyaların ümumi həcmindən 70 milyon manatı dövlət, qalanı isə özəl investisiyaların payına düşür.

 

Agentlik sədri deyib ki, bu ilin may ayından istehsala başlayan Qobustan hibrid elektrik stansiyasında 1 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal olunaraq "Azərenerji" ASC-yə təhvil verilib. Bakıda və regionlarda da xeyli layihələrin həyata keçirildiyini deyən Akim Bədəlov deyib ki, Avropa Birliyi, Almaniya, İsveç, Fransa, Ukrayna, Türkiyə kimi ölkələrlə müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq əlaqələri qurulub.O bildirib ki, hazırda bir Azərbaycanın 10 rayonunda hər birinin gücü 30 MVt olan alternativ elektrik stansiyalarının qurulması üçün texniki əsaslandırma işləri aparılır.

 

Gələcəkdə hər bir rayonun texniki şəraitinə əsaslanan stansiyalar qurulacaq. 2015-ci ilə qədər Qobustan rayonu ümumi elektrik şəbəkəsindən tam ayrılacaq və özü-özünü yalnız alternativ enerji ilə təmin edəcək.

 

Yaxın vaxtlarda 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələri üzrə strategiya Prezident Administrasiyasına təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1757
avatar

Oxşar yazılar