Afrikaya qaz ixrac edəcəyik
24 dekabr 2012 14:39 (UTC +04:00)

Afrikaya qaz ixrac edəcəyik

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın “Gasol” şirkəti ilə birgə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək. “APA-Economics”in “International Oil Daily”yə istinadən xəbərinə görə, artıq bununla bağlı “SOCAR Trading” və “Gasol” arasında müqavilə imzalanıb.

 

Azərbaycan tərəfi maye qazı Afrikaya – Beninin Kotonu limanına özünün ixtisaslaşmış gəmiləri və üzən anbarları vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.

 

# 1572
avatar

Oxşar yazılar