ADİU rektoru müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib
22 yanvar 2015 17:40 (UTC +04:00)

ADİU rektoru müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib

0

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağının İngilis Dilində Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb. Universitetdən Lent.az-a verilən məlumata görə, görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması, mərkəzin inkişaf strategiyası müzakirə olunub. Müəllimlər tədris proqramlarının formalaşdırılması, yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi və digər məsələlərlə bağlı təkliflərini veriblər. Rektor İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün laboratoriyaların quraşdırılması barədə tapşırıq verib.

 

Qeyd edək ki, ADİU-nun İngilis dilində Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb. Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs deyir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar